Qlütensiz ərzaqlar və əvəzləyicilər

Bölmələr: // Şərh yaz
Qlütenə olan marağı görüb bu haqda daha çox yazmaq qərarına gəldim. Əgər qlüten haqqında öyrənmək istəyirsinizsə bu yazını (link) oxuyun. Yazıdan biləcəksiniz ki, qlüten həssaslığınız yoxdursa və qlütensiz qidalanma ilə çəki itirmək istəyirsinizsə bu əksinə sizi daha da kökəldə bilər. Çünki, qlütensizləşdirilmiş ərzaqlarda qlüten çox vaxt piy və şəkərlə əvəz olunur. 

Qlüten həssaslığınız varsa və qlütensiz yemək istəyirsinizsə, dietoloqa müraciət edin. Qlütensiz ərzaqlar haqqında öyrənmək istəyirsinizsə aşağıdakıları oxuya bilərsiniz. Qlütensiz ərzaqlar:
  • Meyvələr
  • Tərəvəzlər
  • Ət
  • Toyuq əti (ümumiyyətlə quş əti)
  • Balıq
  • Yumurta
  • Pendir
  • Düyü
  • Kartof
  • Mərci
Əgər çörəyi və başqa un məmulatlarını sevirsinizsə və Azərbaycanda qlütensizləşdirilmiş variantlarını tapa bilmirsinizsə aşağıdakılardan istifadə edərək alternativ yeməklər və şirniyyatlar hazırlaya bilərsiniz:
  • Unlar: qarğıdalı, soya, düyü, kartof
  • Əkin qarabaşağı (qreçka)
  • Darı 
  • Kətan
  • Kinoa
  • Tef
  • Qaratərə və ya pəncər (amarant)
Spirtli içkiləri sevirsinizsə onda pivələrdən və eyllərdən uzaq olun. Bunların bir çox növləri qlütenli məhsullardan hazırlandığından tərkibində müxtəlif miqdarda qlüten olur. 

Əgər qlüten həssaslığınız varsa belə dietayla özünüzü daha yaxşı hiss edəcəksiniz. Əgər çəki itirmək istəyirsinizsə bu yazı (link) sizin üçün daha xeyirli ola bilər. Çünki, qlütenli ərzaqların tərkibində başqa dəyərli qidalandırıcılar var ki, onları rasionunuzdan çıxartmağınız orqanizminiz üçün zərərli ola bilər.

0 comments:

Post a Comment