Bu yaxınlarda anladım ki, mətbəxdə istifadə etdiyim bir çox ədviyyatları və otları qarışdırıram. Bəzilərinin adını rusca, digərlərini azərbaycanca, başqalarını isə ingiliscə bilirəm. Bəzən hansısa bir reseptə baxdıqda alternativlərini xatırlaya bilmirəm. Ona görə də bir ədviyyat və ot siyahısı hazırlamaq qərarına gəldim. Başqalarını deyə bilmərəm, amma bu siyahının mənə çox xeyri dəyəcəyini düşünürəm. Unutduğumda açıb baxmağı düşünürəm.
Dünyada ədviyyatlar və otlar çoxdur. Mən rast gəldiklərimi və daha çox istifadə olunanları bura daxil etdim. Siyahıda adları asanlıqla anlaşılan ədviyyatlar, misal üçün Çili və ya Kayen istiotu və ya vanil yoxdur.
İngiliscə
|
Azərbaycanca
|
Rusca
|
Anise (aniseed)
|
Cirə (boyana)
|
Анис
|
Basil
|
Reyhan
|
Базилик
|
Bay leaves
|
Dəfnə yarpağı
|
Лавровый
лист
|
Cardamom
|
Hil
|
Кардамон
|
Caraway
|
Adi zirə (?)
|
Тмин
|
Celery
|
Kərəviz
|
Сельдерей
|
Cinnamon
|
Darçın
|
Корица
|
Clove
|
Mixək
|
Гвоздика
|
Coriander (Cilantro)
|
Keşniş
|
Кинза
|
Cumin
|
Zirə
|
Зира
|
Dill
|
Şüyüd
|
Укроп
|
Fennel
|
Razyana
|
Фенхель
|
Garden cress
|
Vəzəri
|
Кресс-салат
|
Ginger
|
Zəncəfil
|
Имбирь
|
Horseradish
|
Qıtıqotu
|
Хрен
|
Lavender
|
Lavanda
|
Лаванда
|
Lettuce
|
Kahı
|
Салат
|
Marjoram
|
Mərzə
|
Майоран
|
Mint
|
Nanə
|
Мята
|
Mustard
|
Xardal
|
Горчица
|
Nutmeg
|
Muskat
|
Мускатный орех
|
Oregano
|
Qaraqınıq
|
Орегано
|
Parsley
|
Cəfəri
|
Петрушка
|
Black pepper
|
İstiot
|
Перец
|
Rosemary
|
Rozmarin
|
Розмарин
|
Saffron
|
Zəfəran
|
Шафран
|
Sumac
|
Sumax
|
Сумах
|
Tarragon
|
Tərxun
|
Эстрагон
|
Thyme
|
Kəklikotu
|
Тимьян (чабрец)
|
Turmeric
|
Sarıkök
|
Куркума
|
Watercress
|
Acıqıjı (bulağotu)
|
Водяно́й кресс-салат (жеруха)
|
Siyahının tam düzgün olmasına əmin deyiləm. Çünki, hazırlanmasında internetdən, müxtəlif saytlardan, o cümlədən vikipediyadan istifadə etmişəm. Bunların hamısında səhvlərin olduğunu düşünürəm. Misal üçün vikipediyanın Azərbaycancasında cumin cirə, caraway isə adi zirə kimi verilir. Düzgün olduğunu düşündüyüm kimi tərcümə etmişəm. Ərəblər, farslar, ruslar cumin-ə zirə deyir (türklər kimyon). Bu halda cumin-in cirə deyil, zirə olduğunu düşünürəm. Caraway-ın isə nə olduğuna əmin deyiləm. Ona görə də adi zirə kimi tərcümə etmişəm.
Çaşdırıcılığa gələndə ümumiyyətlə cumin, caraway, fennel, anise və şüyüd qohum bitkilər olduğundan onların toxumlarını bütün dünyada qarışdırırlar. Ona görə də azərbaycancada olan qarışıqlıq təəccüblü deyil.
Məlumata görə təşəkkür. faydalı və maraqlıdır. Mənim araşdırmama görə, cumin - зира - cirə; caraway, carum - тмин - zirə. Anise - анис - adi cirəgülü, boyana; star anise - бадьян burada hər şey qarışır.
ReplyDeleteBuyurun. Bu cirə və zirələrin tərcüməsindən mən də əmin deyiləm. İnanmıram ki, məişətdə kimsə "cirəgülü" sözündən istifadə etsin. Elmi adları da çoxları bilmir. Bu ədviyyatları götürüb qapı-qapı gəzib insanların nə dediyini soruşmaq lazımdır. Belə isə çətindir.
DeleteÇox superdi elavelere ehtiyac var
ReplyDeleteТмин qara zirə deməkdir.мускатный орех- -cövüz ya hind qozu
ReplyDeleteBizede faydalandıq 👍
ReplyDeleteThenk you sekerim
ReplyDeleteTəşəkkürlər
ReplyDeleteTəşəkkür, amma türkcəsi də olsaydı lap əla ilardı
ReplyDeleteÇYONIY TMİN - QARAÇÖREKOTU"
ReplyDeleteKecibuynuzu-tərcüməsi necədir?
ReplyDeleteÇox saģ olun Təşəkkür edirəm
ReplyDelete