Ədviyyatlar və otlar azərbaycanca, ingiliscə və rusca

Bölmələr: // 11 comments

Bu yaxınlarda anladım ki, mətbəxdə istifadə etdiyim bir çox ədviyyatları və otları qarışdırıram. Bəzilərinin adını rusca, digərlərini azərbaycanca, başqalarını isə ingiliscə bilirəm. Bəzən hansısa bir reseptə baxdıqda alternativlərini xatırlaya bilmirəm. Ona görə də bir ədviyyat və ot siyahısı hazırlamaq qərarına gəldim.  Başqalarını deyə bilmərəm, amma bu siyahının mənə çox xeyri dəyəcəyini düşünürəm. Unutduğumda açıb baxmağı düşünürəm.

Dünyada ədviyyatlar və otlar çoxdur. Mən rast gəldiklərimi və daha çox istifadə olunanları bura daxil etdim. Siyahıda adları asanlıqla anlaşılan ədviyyatlar, misal üçün Çili və ya Kayen istiotu və ya vanil yoxdur. 



İngiliscə
Azərbaycanca
Rusca
Anise (aniseed)
Cirə (boyana)
Анис
Basil
Reyhan
Базилик
Bay leaves
Dəfnə yarpağı
Лавровый лист
Cardamom
Hil
Кардамон
Caraway
Adi zirə (?)
Тмин
Celery
Kərəviz
Сельдерей
Cinnamon
Darçın
Корица
Clove
Mixək
Гвоздика
Coriander (Cilantro)
Keşniş
Кинза
Cumin
Zirə
Зира
Dill
Şüyüd
Укроп
Fennel
Razyana
Фенхель
Garden cress
Vəzəri
Кресс-салат
Ginger
Zəncəfil
Имбирь
Horseradish
Qıtıqotu
Хрен
Lavender
Lavanda
Лаванда
Lettuce
Kahı
Салат
Marjoram
Mərzə
Майоран
Mint
Nanə
Мята
Mustard
Xardal
Горчица
Nutmeg
Muskat
Мускатный орех
Oregano
Qaraqınıq
Орегано
Parsley
Cəfəri
Петрушка
Black pepper
İstiot
Перец
Rosemary
Rozmarin
Розмарин
Saffron
Zəfəran
Шафран
Sumac
Sumax
Сумах
Tarragon
Tərxun
Эстрагон
Thyme
Kəklikotu
Тимьян (чабрец)
Turmeric
Sarıkök
Куркума
Watercress
Acıqıjı (bulağotu)
Водяно́й кресс-салат (жеруха)


Siyahının tam düzgün olmasına əmin deyiləm. Çünki, hazırlanmasında internetdən, müxtəlif saytlardan, o cümlədən vikipediyadan istifadə etmişəm. Bunların hamısında səhvlərin olduğunu düşünürəm. Misal üçün vikipediyanın Azərbaycancasında cumin cirə, caraway isə adi zirə kimi verilir. Düzgün olduğunu düşündüyüm kimi tərcümə etmişəm. Ərəblər, farslar, ruslar cumin-ə zirə deyir (türklər kimyon). Bu halda cumin-in cirə deyil, zirə olduğunu düşünürəm. Caraway-ın isə nə olduğuna əmin deyiləm. Ona görə də adi zirə kimi tərcümə etmişəm.

Çaşdırıcılığa gələndə ümumiyyətlə cumin, caraway, fennel, anise və şüyüd qohum bitkilər olduğundan onların toxumlarını bütün dünyada qarışdırırlar. Ona görə də azərbaycancada olan qarışıqlıq təəccüblü deyil. 

11 comments: Leave Your Comments

  1. Məlumata görə təşəkkür. faydalı və maraqlıdır. Mənim araşdırmama görə, cumin - зира - cirə; caraway, carum - тмин - zirə. Anise - анис - adi cirəgülü, boyana; star anise - бадьян burada hər şey qarışır.

    ReplyDelete
    Replies
    1. Buyurun. Bu cirə və zirələrin tərcüməsindən mən də əmin deyiləm. İnanmıram ki, məişətdə kimsə "cirəgülü" sözündən istifadə etsin. Elmi adları da çoxları bilmir. Bu ədviyyatları götürüb qapı-qapı gəzib insanların nə dediyini soruşmaq lazımdır. Belə isə çətindir.

      Delete
  2. Çox superdi elavelere ehtiyac var

    ReplyDelete
  3. Тмин qara zirə deməkdir.мускатный орех- -cövüz ya hind qozu

    ReplyDelete
  4. Təşəkkür, amma türkcəsi də olsaydı lap əla ilardı

    ReplyDelete
  5. ÇYONIY TMİN - QARAÇÖREKOTU"

    ReplyDelete
  6. Kecibuynuzu-tərcüməsi necədir?

    ReplyDelete
  7. Çox saģ olun Təşəkkür edirəm

    ReplyDelete