Expo Milano 2015

Bölmələr: // Şərh yaz

Yəqin ki, universal sərgilər haqqında eşitmisiniz. Bu sərgilər Beynəlxalq Sərgilər Bürosu tərəfindən hazırlanır. Özəlliyi ondadır ki, 168 ölkə, Azərbaycan da daxil olmaqla həmin təşkilatın üzvüdür. Yəni demək olar ki, bütün dünya, daha doğrusu dünyanın çox hissəsi belə sərgilərdə iştirak edir. 

"Expo" sözü də sərginin böyüklüyü və uzunmüddətliyini göstərir. Belə sərgilər müxtəlif mövzulara həsr olunur. Misal üçün 2010-cu ilin sərgisinə Şanxay ev sahibliyi etmişdi. Mövzusu isə "Yeni Şəhər - Yeni Həyat" idi. 

Bu ilin exposu Milanda keçirilir və yeməyə həsr olunub. Mövzunun adı "Planeti Qidalandırmaq, Həyat üçün Enerji"dir (Nutrire il Pianeta, Energia per la Vita). Sərginin açılışı mayın 1-də baş tutdu. Oktyabrın 31-dək davam edəcək. 20 milyon insanın baş çəkəcəyi gözlənilir. Bilet 39 avroyadır.

Əgər yemək həvəskarısınızsa və oktyabrın 31-dək Avropada, xüsusən də İtaliyada olacaqsınızsa mütləq ekspoya baş çəkin. Həm də Azərbaycanın pavillionunu görərsiniz - H16-da (65) yerləşir. 



Azərbaycan pavillionu müxtəlif səviyyələrdə yerləşən üç nəhəng çevrədən ibarətdir. Birinci çevrə landşaftı, ikincisi ölkənin 9 iqlimini, üçüncüsü isə adət-ənənələri və yenilikləri təmsil edir. 

Şokolad və kofe sevənlərdənsinizsə bir çox ölkələrin bunları təmsil etməyi də sizə maraqlı ola bilər. Siz də mənim kimi gedə bilməyəcəksinizsə şəkillərə burada baxa bilərsiniz. 

0 comments:

Post a Comment