6 fransız xəmiri

Bölmələr: // Şərh yaz

Uşaqlıqda mənim üçün xəmirin bir növü vardı. Xəmirin nə qədər başqa formasının olduğu haqqında heç düşünməzdim də. Çünki, bütün xəmirlər, şəkərbura, paxlava, xingal, düşbərə bir-birinə oxşar şəkildə hazırlanardı. İndi isə xəmirin çoxlu növləri haqqında öyrənmişəm. Bu dəfə də öyrəndiyim xəmirlər fransızların irsidir. Bəzilərinin ingiliscə adı var, bəzilərinin isə yoxdur və fransızca adlardan istifadə olunur. Azərbaycanca adlarının olub olmadığını bilməsəm də daha aydın başa düşülmək üçün həm fransız, həm ingilis, həm də azərbaycanca tərcümələrini yazacam.


Fransızca
Fransızca hərfi mənası

İngiliscə
Azərbaycanca
1
Pâte friable
Ovulan xəmir

Shortcrust pastry
Ovulan xəmir
Pâte à foncer
Pâte brisée
Pâte sucrée
Pâte sablée

Qaralan xəmir
Qırılan xəmir
Şirin xəmir
Qumlu xəmir
Shortcrust pastry
Shortcrust pastry
Sweetcrust pastry
Shortcrust pastry
Qaralan xəmir
Sınan xəmir
Şirin xəmir
Toz xəmir

2
Pâte feuilletée
Yarpaqlanan xəmir
Puff pastry
Çox-qat xəmir

3
Pâte cuite
Bişirilmiş xəmir
Cooked pastry
Bişmə xəmir

4
Pâte levée və ya pâte pétrie
Qalxan və ya yoğrulan xəmir
Leavened və ya kneaded dough
Qalxan və ya yoğrulan xəmir
Pâte à brioche
Pâte à pain
Pâte à savarin
Brioş xəmiri
Çörək xəmiri
Savaren xəmiri
Brioche dough
Bread dough
Savarin dough
Brioş xəmiri
Çörək xəmiri
Savaren xəmiri

5
Pâtes levées feuilletées
Qalxan yarpaqlanan xəmir
Layered leavened dough
Qalxan çox-qat xəmir
Pâte tourée
Pâte danoise
Tur verilmiş xəmir
Danimarka xəmiri
Folded dough
Danish pastry
Qatlanmış xəmir
Danimarka xəmiri

6
Pâte battue
Vurulmuş xəmir
Batter
Çalınmış xəmir



1. Pâte friable - tart, kiş və piroqların fundamentində istifadə olunur. Özəlliyi ondadır ki, bişən zaman qalxmır. Un və yağı qarışdırmaqla alınır. 

Pâte à foncer - Un, yağ və yumurtadan hazırlanır.
Pâte brisée - Pâte à foncer kimi hazırlanır. Fərqi yağının çox olmasında və daha yumşaq və incə olmasındadır. 
Pâte sucrée - Un, yağ və şəkərdən hazırlanır.  
Pâte sablée - Pâte sucrée ilə eyni inqredientlərdən hazırlanır. Fərqi yağın soyuq şəkildə əlavə edilərək və ovularaq hazırlanmasındadır. 

2. Pâte feuilletée - Bichon au citron, uşaqlıqda yediyimiz "pirojnie trubochki" bu xəmirlə hazırlanır. Özəlliyi ondadır ki, mexaniki yolla qalxır. Qatlardakı su bişirmə zamanı buxarlanaraq qatları və xəmiri qaldırır.  

3. Pâte cuite - Şu xəmiri bu yolla hazırlanır. Şu xəmirindən müxtəlif cür yeməkşirniyyatlar bişirilir. 

4. Pâte levée və ya pâte pétrie - altında yazıldığı kimi brioş, çörək və s. xəmirləi belə xəmirlərə aiddir. Bu xəmir qabardıcılarla qaldırılır. 

5. Pâtes levées feuilletées - Pâte feuilletée kimi hazırlanır, lakin maya da qatılır. Kruassanlar və danimarka qoğalı bu xəmirlə hazırlanır. 

6. Pâte battue  - Bir çox şirniyyatlar, misal üçün madlenlər belə xəmirdən hazırlanır. 

Albalılı madlenlər

Xəmirlərin növlərini öyrəndikdən sonra uşaqlıqda öyrəşdiyim şəkərbura və paxlava xəmirlərinin Pâte levée və ya pâte pétrie olduğunu anladım. 

0 comments:

Post a Comment