Pot-au-feu nədir?

Bölmələr: // Şərh yaz
Əri ilə üzbəüz üstünə üç gün qabaq süfrə salınmış dəyirmi masa arxasına oturanda və əri şorba qabının qapağını açıb sevinclə: “Ah, pot-au-feu! Mən bundan yaxşı yemək tanımıram!…” – deyəndə o, nəfis yeməkləri, parıltılı gümüş qabları, üzərində əfsanəvi meşələrin cəngəlliklərində yaşayan sehrli quşlar və qədim qəhrəmanlar əks olunmuş xalçalarla bəzənmiş divarları gözünün qabağında canlandırırdı...

La Parure, Guy de Maupassant, 1884


Pot-au-feu fransızların sümüklü və ya qığırdaqlı ətdən hazırladığı sulu yeməyidir. Hərfi olaraq"odun (ocağın) üstündə qazan" kimi tərcümə olunur. Fransız ailələrinin klassik qış yeməyidir.

Deyilənə görə Fransanın kralı IV Henri (1553-1610) deyibmiş ki, "Krallığımda heç bir kəndlinin bazar günləri qazanında toyuq olmayacaq qədər kasıb olmasını istəmirəm". Həmin dövrlərdə kəndlilər nadir hallarda ət və ya quş əti yeyərlərmiş.

Quş ətindən pot-au-feu. City Foodsters

Pot-au-feu adətən böyük qazanda bişirilir. Hazırlamaq üçün kök tərəvəzlərindən (kök, turp, soğan) və qığırdaqlı və ya sümüklü ətdən istifadə olunur. Ətin üzərinə su əlavə olunur və bir müddət qaynadılır. Üzərindən kəfi yığılır. Sonra doğranmış tərəvəzlər, duz və istiot əlavə olunur. Başqa ədviyyatlar da əlavə oluna bilər.

Yemək asta odun üzərində bir neçə saat yavaş-yavaş bişir. Sonda bütün inqredientlər kifayət qədər yumşaq olur. Bəzən tərəvəzlərdən sonra qazana sümük iliyi də əlavə olunur. Bulyon adətən muskat qozunun tozu və ət və tərəvəzlər isə souslarla süfrəyə verilir. Ağ şərab yeməyini dadını artırır.

Pot-au-feu tam bir menü təşkil edə bilir. Əvvəlcə üzərinə pot-au-feu-nın qatılaşmış iliyi yaxılmış baguette-lə (çörək) bulyon birinci kurs və ya starter kimi süfrəyə verilir. Əsas kurs kimi isə ət və tərəvəzlər yeyilir.

Belə yeməklərdən başqa millətlərin mətbəxlərində də var. Bizim pörtləmə yeməyi də bir qədər pot-au-feu-ya bənzəyir. Qış ayları üçün bu yeməklər çox ləzizdir!

0 comments:

Post a Comment