Son 2 ayda 10 kilo itirməyimi bir plitka şokoladla qeyd
etdim. Dostlarım maraqlandığı üçün
dietanı paylaşmaq qərarına gəldim. Əvvəlcə
onu deyim ki, psixoloji durumun dietaya çox təsiri var. Ona görə də bu dietada önəmli
olan psixologiyanıza təsir etməkdi. Bu
da qaydalar:
1. Özünüz üçün xüsusi yeməklər bişirməyin və kaloriləri saymayın.
Bu adamı yorur və dietadan bezdirir. Xüsusi dietaya da ehtiyac yoxdur. Ay nə
bilim Dükan dietası, maqazin dietası...
2. Çörəyi rasionunuzdan çıxarın. Gündə bir dilim çörək yemək
olar. Onu da səhər yeməyinə yemək şərtilə. Çörək “whole wheat”, yəni bütöv
buğda olarsa daha məsləhətlidir. Çünki, belə çörəkdə “fibre” çoxdur və həzm
sistemi üçün faydalıdır.
3. Yağı rasionunuzdan çıxarın. Səhər yeməyinə yağ yemək olmaz.
Pendirlə bir dilim çörək və bir böyük fincan azacıq şirinləşdirilmiş kofe və ya
çay bəsdir. “Porridge” də olar (yağsız). Günorta yeməyinin içində yağ olsa eybi
yox. Amma günorta yeməyi yağsız olsa daha yaxşı olar. Misal üçün mikrodalğalı
sobada bişirilmiş və ya qaynadılmış kartof yemək daha məsləhətlidir.
4. Sevmədiyim hissə: Şirniyyatı və şəkəri rasionunuzdan təmamilə çıxarın. Azacıq şəkər çay və kofe ilə səhərlər olar. Amma şirniyyat qətiyyən yox. Əgər çaşıb nəsə yemisinizsə həmin gün şam yeməyindən imtina edin və çox hərəkət
edin. Unutmaq olmaz ki, bu müvəqqətidir.
5. Günorta yeməyinə evdə bişiriləndən yeyin, amma 6 yaşlı uşaq
porsiyası qədər. Normal yeyən 6 yaşlı uşaq. Porsiyanı verilən yeməyin ağırlığına və
yağlılığına görə azaldın. Misal üçün pelmeni, xingali, bozbaş və ya lazanya
yeyirsinizsə porsiyanızı daha az edin. Qayğanaq yeyirsinizsə, böyük porsiya yeyə
bilərsiniz.
6. Şam yeməyini axşam saat 6-ya qədər və yüngül yeyin. Vurğulayım ki, şam yeməyi çox yüngül
olmalıdır. Yaxşı olar ki, meyvə və ya salat yeyəsiniz. Ya da qaynadılmış tərəvəz. Axşam saatlarına qədər və ya bütün günü meyvə-tərəvəz yesəniz kökəlməyəcəksiniz, amma çox güman ki, artıq çəki də itirməyəcəksiniz. Ona görə də çalışın meyvə-tərəvəzi də ancaq ya günorta yeməyinin, ya da axşam yeməyinin bir hissəsi kimi yeyin.
7. Çox hərəkət edin. Parklara gəzməyə çıxın. İdman eləmək daha məsləhətlidir, amma məcburi
deyil. Şərt odur ki, az yesəniz də həmişə olduğu qədər hərəkət edəsiniz. Yoxsa
az yeyib heç hərəkət eləməmək bir nəticə verməyəcək. Orqanizm əvvəl olduğundan
daha az enerji sərf edəcək və heç bir artıq piyləri səfərbər etməyəcək. Bunun
düsturunu belə yazardım:
Orqanizmə daxil olan enerji (qida) < Sərf olunan enerji = İtiriləcək artıq çəki
8. Bir tərəzi alın və özünüzü hər iki gündən bir səhər yeməyindən
öncə çəkin. Bu “obsession” (yəni psixoloji asılılıq) kimi görünə bilər. Amma çəki
itirdikdə stimulverici olur. Hər şeyi düz etmisinizsə iki günə haradasa 400 gr
itirməlisiniz. Bir həftəyə 1.4 kilo, bir aya isə 6 kilo itirməlisiniz. Qayda 13-ə baxın. Əgər heç
bir çəki itirməmisinizsə demək sərf etdiyinizdən çox yeyirsiniz. Yeməyinizi
azaldin, hərəkətinizi isə çoxaldın. Gözlədiyinizdən çox çəki itirdiyinizdə
özünüzü tərifləyin və sevinin.
9. Acdığınızda özünüz üçün kalorisi az olan içkilər düzəldin və
ləzzətlə için. Ağ etməmək şərtilə. Mən misal
üçün isti şokolad içirəm. 1 fincan (böyük fincan – mug) isidilmiş südə 3
çay qaşığı isti şokolad tozu atıram, düzəldib içirəm. Süd “low fat” (aşağı
yağlı) olarsa daha yaxşı olar. Kofeyə və çaya oturmaq lazım deyil. Kofe
orqanizmdən suları çıxarır və az yediyinizdə kofe içmək sağlam bir şey deyil.
Su içmək daha yaxşıdır.
10. Çalışın hər gün eyni vaxtda yeyin. Çünki orqanizminiz hər gün eyni vaxtda yeməyə öyrəşir və həzm sistemi yemək qəbul etməyə hazırlıqlı olur. Yeməyi də daha yaxşı həzm edir. Bir sözlə metabolizminizə hər gün eyni vaxtda yeməklə kömək edə bilərsiniz. Mən misal üçün səhər yeməyini hər gün saat 8-də, günorta yeməyini isə 12.30-da yeyirəm.
10. Çalışın hər gün eyni vaxtda yeyin. Çünki orqanizminiz hər gün eyni vaxtda yeməyə öyrəşir və həzm sistemi yemək qəbul etməyə hazırlıqlı olur. Yeməyi də daha yaxşı həzm edir. Bir sözlə metabolizminizə hər gün eyni vaxtda yeməklə kömək edə bilərsiniz. Mən misal üçün səhər yeməyini hər gün saat 8-də, günorta yeməyini isə 12.30-da yeyirəm.
11. Hollivud filmlərində deyilən kimi, qorxduğunuzdan qaçmayın.
Onunla üzbəüz gəlin ki, qalib gələsiniz. Yeməkdən və ətrindən qaçmaq lazım
deyil. Yaxşı olar ki, yemək incəsənətini öyrənəsiniz. Yeməyə marağınız
yoxdursa, şirniyyat bişirməyi öyrənin. İnternetdən maraqlı və mürəkkəb reseptlər
tapmaqla. Challenge yourself. Bir də təbii ki, özünüz yeməmək şərtilə. Onsuz da
özünüz hazırladıqlarınızı yemək üçün o qədər də iştahınız olmayacaq.
Başqalarını qonaq etsəniz özünüz yeməsənız belə bundan ləzzət alacaqsanız. Hətta
yemək bloqu açıb hazırladıqlarınızın şəkillərini və reseptlərini paylaşa da bilərsiniz.
12. Yemək vaxtını maraqlı və gözəl edin. Yeməyiniz az olsa da bacardığınız
qədər uzadın. Televizora, musiqiyə, iPada, facebooka ehtiyac yoxdur. Yeməyinizi
həvəslə, yavaş-yavaş, ətrini duyaraq yeyin. This will give you something to
look forward to every day. Çox çeynəyin. Bu həm faydalıdır, həm də beyninizi
sanki çox yemisinizmiş kimi aldatmaq üçündür. Yemək üçün ən yaxşı qablardan və yemək
alətlərindən istifadə edin. Günorta yeməyi
ilə özünüz üçün mürəkkəb olmayan salatlar düzəldin. Misal üçün pomidor və xiyar
salatı. Yeməyinizi dadlı etmək üçün özünüzə maraqlı içkilər düzəltdin və
estetik şüşələrdə için. Mən misal üçün
evdə bişmiş kompot ilə 4-5%-lik ya alma, ya armud, ya çiyələk, ya da albalı
“cider”-ini qarışdırıram və etiket qaydalarına zidd olsa da çaxır üçün bokalda içirəm. Çox dadlı olur. Hətta limonlu
suyu belə şüşədə içmək olar.
13. Səbrli olun. Pozitiv olun. Roma bir gündə tikilməyib. Həmişəki kimi işlərinizlə məşğul olun. Unutmayın ki, bu müvəqqətidir. İlkin dövrdə sizə elə gələ bilər ki, heç bir dəyişiklik yoxdur. Çünki, 1 həftəyə 1.4 kilo o qədər də bilinmir. Amma 1 aydan sonra nəticəni görəcəksiniz. Ona görə də şərt səbrli olub davam etməkdədir. Artıq çəkiləri itirdikdən sonra azad olacaqsınız və istədiyinizi yeyəcəksiniz. Amma “ağını” çıxartmamaq şərtilə. Yoxsa itirdiyiniz kilolar geri qayıdacaq.
13. Səbrli olun. Pozitiv olun. Roma bir gündə tikilməyib. Həmişəki kimi işlərinizlə məşğul olun. Unutmayın ki, bu müvəqqətidir. İlkin dövrdə sizə elə gələ bilər ki, heç bir dəyişiklik yoxdur. Çünki, 1 həftəyə 1.4 kilo o qədər də bilinmir. Amma 1 aydan sonra nəticəni görəcəksiniz. Ona görə də şərt səbrli olub davam etməkdədir. Artıq çəkiləri itirdikdən sonra azad olacaqsınız və istədiyinizi yeyəcəksiniz. Amma “ağını” çıxartmamaq şərtilə. Yoxsa itirdiyiniz kilolar geri qayıdacaq.
Uğurlar!
0 comments:
Post a Comment