![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7K8uLkcp7NSZy5q84mWVzCQQRTGnfVutu8KjfHtTzkRNQIo0VIPK0Xb9DEOtWQHcBzgRvEU-tx4u5cbInXQP67s6O7W1XLmvRrzU4wfrD43hnTWGxNFcqvi7b5qT2miY5mE9ibkgGL-E/s1600/meringues-719629_1280.jpg)
Merenqin bərk olması və qalxması üçün hazırlanma zamanı qarışığa ya ağ sirkə, ya limon suyu, ya da kalium hidrotartrat (tartar kremi) əlavə edilir. Hazırlanma üsuluna görə 3 növü var:
1. Fransız merenqi: ən asan hazırlanan merenq növüdür. Ev şəraitində adətən bu növ merenq hazırlanır. Yumurta ağları köpüklənənədək çırpılır. Sonra şəkər tozu əlavə olunur və bərkiyənədək çırpılır. Müxtəlif formalara qoyula və ya xəmir qarışıqlarına əlavə oluna bilir. Sobada bişirilir. İki cür bişirmək olar.
- ağ merenq üçün: bu cür bişirmə ilə merenq aşağı temperaturda qurudulur. Ona görə buna daha çox qurudulma demək olar. Merenq 90 dəqiqəlik 85-90 dərəcə selsi temperatura qoyulur. Keçmişdə merenqi gecə yavaş bişməyə qoyurmuşlar. Böyük merenq parçaları üçün uyğundur.
- qızılı və daha dadlı merenq üçün: əvvəlcə 120 dərəcə selsidə 20 dəqiqə bişirilir. Sonra temperatur 100 dərəcə selsiyə qədər aşağı salınır və 2 saat yarım bişirilir.
2. İtalyan merenqi: daha çətin hazırlanır. Daha çox professional büş-düşlə məşğul olanlar tərəfindən istifadə olunur. Hazırlanması üçün şəkər su ilə 114-116 dərəcə selsiyədək qızdırılır. Əvvəlcədən bərkiyənədək çalınmış yumurta ağlarına əlavə olunur və bu proses zamanı çırpmağa davam edilir. Dayanıqlı və yumşaq merenq alınır və bişirməyə ehtiyac qalmır. Desertlərin hazırlanmasında istifadə olunur. Amma bişirilə də bilər.
3. İsveçrə merenqi: İtalyan merenqinə nisbətən hazırlanması daha asandır. Su vannası üzərində hazırlanır. Bu zaman su qaynamamalıdır. Yoxsa yumurta ağları bişəcək. Yumurta ağları şəkər tozu ilə su vannasının üzərində ilıq şəkildə köpüklənənədək çırpılır. Sonra şəkər tozu əlavə olunaraq çırpmağa davam edilir. Qarışıq forma almağa başlayanda oddan götürülür və çırpmağa davam edilir. Parlaq və bərk tekstura alınır. Sonra 130 dərəcə selsidə 15 dəqiqə bişirilir. Fransız variantından daha bərk olduğu üçün ,ox vaxt desertlərin dekorasiyası üçün istifadə olunur.
Yüksək rütubətli mühitdə, xüsusən də fransız merenqi, çox qalmır və "tərləməyə" başlayır.
0 comments:
Post a Comment