Niyə burada heç kim şokoladdan başqa heç nə haqqında fikirləşə bilmir?
Coann Harris, “Şokolad”
![]() |
freedigitalphotos.net: photo by Naito8 |
Burada yazacaqlarıma "şokolada sevgi manifesti" demək olar. Çünki, şokoladı çox sevirəm. Özümü vəhşi bir şokoholik sayıram. Həmişə 70%-lik şokolada üstünlük vermişəm. İçində meyvə qurusu, qoz-fındıq və apelsin qabığı varsa lap çox sevirəm. Başqa ölkələrə səyahət etdikdə içdiyim ilk isti içki isti şokolad olur. Şokolad tortu isə bir başqa ləzzətdir.
Nədir axı bu şokolad? Şokolad kakao ağacının toxumlarının (meyvəsinin) tumlarından hazırlanan çox vaxt şirinləşdirilmiş kütlədir. Bu toxumlar iri həcmli olur. Qabığının qalınlığı isə 2-3 sm olur. İçi 30-50 tumu əhatə edən yumşaq və şirin pulpa ilə dolu olur.
Kakao ağacının vətəni Cənubi Amerika olsa da bugün dünyanın kakao təminatını ödəyən əsasən Afrikadır (iki ölkəsi, Qana və Kot d'İvuar). Şokolad hazırlamaq üçün əvvəlcə ağacın toxumlarının acılığı götürülür. Bunun üçün toxumlar fermentləşdirilir. Fermentləşdirmə zamanı ayrılan istiliyə görə kakao tumları rəngini bənövşəyi rəngdən qəhvəyiyə dəyişir. Bundan sonra qurudulur, təmizlənir, qovrulur, qabığı təmizlənir, üyüdülür.
Daha sonra üyüdülmüş tumlara maye əlavə edilir. Alınan kütləyə şokolad (və ya kakao) likyoru deyilir. Şokolad likyoru kakao bərklərindən və kakao yağından ibarətdir. Sevdiyim 70%-lik şokolad onu göstərir ki, həmin şokoladın tərkibində ən az 70% kakao bərkləri var. İstifadə etdiyimiz şokoladların tərkibi belədir:
![]() |
Kakao toxumu və tumları |
Daha sonra üyüdülmüş tumlara maye əlavə edilir. Alınan kütləyə şokolad (və ya kakao) likyoru deyilir. Şokolad likyoru kakao bərklərindən və kakao yağından ibarətdir. Sevdiyim 70%-lik şokolad onu göstərir ki, həmin şokoladın tərkibində ən az 70% kakao bərkləri var. İstifadə etdiyimiz şokoladların tərkibi belədir:
- Şirinləşdirilməmiş şokolad (bişirmədə istifadə): şokolad likyoru, hər hansı bir yağ, vanil
- Tünd və ya qara şokolad: şokolad likyoru, kakao yağı və ya başqa yağ, şəkər, bəzən vanil. Növləri:
- Yarışirin: kakaosu qədər şəkər
- Acışirin: şokolad likyoru, şəkər (1/3-dən az), əlavə edilmiş kakao yağı, vanil
- Süd şokoladı: şokolad likyoru, kakao yağı və ya başqa yağ, şəkər, süd tozu, süd və ya qatılaşdırılmış süd, vanil
- Ağ şokolad: Kakao yağı, şəkər, süd tozu, süd və ya qatılaşdırılmış süd, vanil
Haradasa 400 ədəd kakao toxumundan təxminən 450 qram şokolad alındığını deyirlər.
Şokoladın müsbət cəhətləri ilə bərabər zərərləri də var. Onlar haqqında yazmayacagam. Çünki, bu bir sevgi manifestidir. Amma yaddan çıxarmaq olmaz ki, "bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da". Ona görə də şokoladı çox yemək olmaz.
Deyilənə görə qadınlar şokolad aludəçiliyinə daha asan tutulurlar. Mən hərdən oturub fikirləşirəm ki, şokoladla aromatizə olunmuş şərab var, bəs niyə tamamən şokolad şərabı və ya şorbası yoxdur. Olsaydı çox böyük məmnuniyyətlə içərdim və yeyərdim. Bəlkə də bir gün olacaq. Nə qədər qəribə dadları olsa da...
0 comments:
Post a Comment