10 fransız kremi

Bölmələr: // Şərh yaz
Fransız çefləri kremlərin "atası və anası"dırlar. Dünyaya bir çox kremlər bəxş ediblər. Hamısına da maraqlı adlar veriblər. Ən çox sevdiyim krem crème pâtissière-dir. Qərb qənnadı aşpazlarının çox vaxt "əlinin altında" olur. Bu kremin əsasında bir çox başqa kremləri hazırlayırlar. İngiliscə bu kremə "pastry cream" deyirlər. Hazırlanması da çox asandır. Un (və ya nişasta), yumurta, şəkər və süd bir yerdə qatılaşana qədər bişirilir. Adətən vanil ilə aromatizə olunur. Amma şokolad, kofe, karamel və s. ilə də etmək olar. 

freedigitalphotos.net: zole4
Məmulatların miqdarından asılı olaraq kremin qatılığı və duruluğu dəyişə bilir. Misal üçün ingilislərin "custard"dediyi krem alına bilir. Fransızların "crème anglaise" (ingilis kremi) dediyi krem isə "custard"ın yüngül və axıcı formasına deyilir. Bu da desertlərlə və ya sous kimi istifadə olunur. İngilis kreminə jelatin əlavə etdikdə buna "crème anglaise/pâtissière collée" (yapışmış ingilis kremi) deyirlər. 

Kremlərdən istifadə üç qrupa bölünür:
  • Bəzəmək üçün
  • Desertlərlə
  • Desert kimi
Kremlərin formulasını belə yazmaq olar:
  1. Un və ya nişasta + yumurta (bəzən sarısı) + şəkər + süd (və ya qaymaq) (+ isti/od/qızdırmaq) = crème pâtissière, custard, crème anglaise
  2. Crème pâtissière collée + italyan merenqi = crème chiboust (şibust kremi)
  3. Qaymaq (ən az 30%-lik) + şəkər (+ mikserlə çalmaq) = crème chantilly (şantiy kremi)
  4. Qaymaq (ən az 30%-lik) (+ mikserlə çalmaq) = crème fouettée (çalınmış krem)
  5. Crème pâtissière + crème fouettée = crème princesse və ya crème madame
  6. Crème pâtissière + crème fouettée + jelatin = crème diplomate (diplomat kremi)
  7. Yumşaq yağ + çəkilmiş badam+ şəkər + yumurta + un (+hamısı soyuq şəkildə çalınır və romla aromatizə olunur) = badam kremi 
  8. Crème pâtissière + badam kremi = frangipan 
  9. Crème pâtissière + yumşaq yağ = crème mousseline (muslin kremi)
  10. Yumşaq yağ + yumurta + şəkər (+ bəzən süd) = crème au beurre (yağ kremi) - başqa millətlərin yağ kremi ilə qarışdırılmamalı. 

Aşağıdakı fransız krem desertləri eyni inqredientlərlə hazırlanır:

1. Custard (+sobada bişirmək)+karamelləşdirilmiş şəkər (+aromatizatorlar) = crème brûlée (yandırılmış krem, bir variasiyası da crema catalana)
2. Karamelləşdirilmiş şəkər + custard (+sobada bişirmək) = Crème caramel
2. Un və ya nişasta + şəkər + süd (və ya qaymaq) + jelatin = blancmange 
3. Crème anglaise + jelatin +crème fouettée = Bavariya kremi (adı belə olsa da fransız mənşəlidir)
4. Yumurta + süd + un (+sobada bişirmək) = flan

0 comments:

Post a Comment