![]() |
Batonçiklər |
Dünyada o qədər konfet növləri var ki. Heç konfet yeyəndə içində nələr olduğunu və nədən hazırlandığını düşünürsünüz? Mən misal üçün uşaqlıqda yediyimiz çox dadlı batonçiklərin tərkibində araxis və soya ununun olduğunu bilmirdim.
Şokolad konfetlər çoxdur. Hazırlanmasını da bilirik. Amma şokoladsız konfetlərin hazırlanması bir başqa dünyadır. Bilirsiniz adicə şəkərin, suyun və yağın qarışdırılmasından neçə cür konfet almaq olar? Konfet hazırlanması böyük bir incəsənətdir. Burada şəkər əsasında hazırlanan konfetlər haqqında yazmaq istəyirəm.
Heç evdə şəkəri karamelləşdirmisiniz? Şəkəri düzgün karamelləşdirməyi bacarmaq da bir ustalıq tələb edir. Konfetin son teksturası tərkibindəki şəkərin miqdarından asılıdır. Şəkər və su şərbəti qızdıqca su buxarlanır, şəkər konstentrasiyası artır və qaynama nöqtəsi qalxır. Yüksək temperatur və şəkərin yüksək konsentrasiyası sərt şəkər konfetlərinin, aşağı temperatur isə yumşaq konfetlərin alınması ilə nəticələnir.
Temperatur
|
Mərhələ
|
Şəkərin
konsentrasiyası
|
Misal
|
100°C
|
Maye
|
Dəyişmir
|
Sadə şəkər şərbətləri
|
101°C
- 112°C
|
Sap
|
80%
|
Şəkər şərbəti, meyvə likyoru
|
112°C
- 115°C
|
Yumşaq top
|
85%
|
İngilisdilli ölkələrdə süd irisi - fadj
|
116°C
- 120°C
|
Möhkəm top
|
87%
|
Karamel konfetləri
|
121°C
- 131°C
|
Bərk top
|
92%
|
Nuqa, toffi, Marşmellou
|
132°C
- 143°C
|
Yumşaq çat
|
95%
|
Taffi
|
148°C
- 154°C
|
Bərk çat
|
99%
|
|
160°C
|
Şəffaf maye
|
99%
|
Karamelləşməyə doğru
|
165°C
-182°C
|
Qəhvəyi maye
|
100%
|
Yüngül karamel (171°C)
|
Şəkərlə suyu qızdırarkən çalışmaq lazımdır ki, müəyyən mərhələləri keçməsin. 182 dərəcə selsidən daha yüksək temperaturda şəkər artıq yanır və bu qarışığı atmalı olacaqsınız. Uşaqlıqda xüsusi formalarda "lollipop" (çöp şirnisi) hazırlayanda qarışığın qəhvəyi rəng almasını gözləyərdik və sonra xüsusi formalara tökərdik. Bu mərhələ 165 dərəcə selsidə başlayır. Şəkəri nə vaxtsa yandırdığım və atdığım yadıma gəlmir. Çünki, qarışıq qəhvəyi rəng alan kimi oddan götürərdik.
Bir də yumşaq şəkər növü şəkər pambığı yəqin ki, hamı yeyib. Bu cür pambığı fırlanan hissəsi olan xüsusi maşınlarda düzəldirlər. Belə pambığa rəng də qatırlar. Bakıda adətən çəhrayı rəngli pambıqlar satılır.
Ümumiyyətlə, konfet düzəltmək çox maraqlı və dadlı işdir. Mütləq bir dəfə də olsa düzəldib prosesdən ləzzət almaq lazımdır.
0 comments:
Post a Comment