Yeməklərin və qəlyanaltıların da siyahısı olmadan şu xəmirindən əl çəkmək istəməzdim. Ona görə də su xəmirindən şirniyyatların siyahısını hazırlamaq qərarına gəldim. Elə də böyük siyahı olmayacaq. Çünki, şu xəmiri əsasən şirniyyat xəmiri kimi istifadə olunur. Amma yemək kimi də çox dadlıdır.
1. Gougere
Qujerlər - yumru və ya üzük formasında düzəldilir. Fransada ixtira olunub. Şu xəmiri hazırlandıqdan sonra doğranmış pendirlə qarışdırılır. Bunun üçün guyere, komte və emmental pendirlərindən istifadə olunur. Sonra sobada bişirilir. Bəzən içinə göbələk və ya mal əti qoyulur. Burqundiya regionunda çaxır zirzəmilərində çaxır dadınabaxmaları zamanı soyuq şəkildə verilir. Amma iştaha açmaq üçün isti şəkildə də verilir.
2. Pommes dauphine
Dofin kartofları - Fransa şahzadələrinin şərəfinə bu ad verilib. Kartof qaynadılır, əzilir və şu xəmiri ilə qarışdırılır. Sonra xəmirdən yumrular düzəldilir və yağda qızardılır. Adətən qırmızı ət və ya toyuq əti ilə birlikdə süfrəyə verilir.
![]() |
kochbar.de |
3. Marillenknödel
Avstriyanın Vaxau bölgəsinə xas yeməkdir. Marillen ərik, knödel isə xəmir yuvarlağı deməkdir. Şu xəmiri ovuc boyda əllə yayılır. İçinə ərik qoyulur və suda qaynadılır. Sonra tavada yağda qızardılmış çörək ovuntularının üzərində gəzdirilir.
4. Windbeutel və ya başqa Şu bulkaları
Windbeutel haqqında şirniyyat bölməsində də yazmışdım. Bişmiş şu bulkalarının içinə həm şirin, həm də qeyri-şirin qarışıqlar və ya ərzaqlar qoymaqla çox dadlı qəlyanaltı əldə etmək olar. Misal üçün içinə ağ pendir, şüyüt və qızılbalıq (salmon) və yaxud da kremli göbələk sousu qoyub yemək olar.
5. Göyərtili və ya yaşıl sarımsaqlı fritter və ya ponçik
Şu xəmirinin içinə ağ pendir və doğranmış yaşıl sarımsaq atılır. Fikrimcə başqa göyərti də qatmaqla eksperiment etmək olar. Sonra üzərinə çıxacaq qədər tərəvəz yağında qızardılır.
6. Gnocchis à la parisienne
İtalyan pasta yeməyinin Paris variantıdır. Şu xəmirindən hazırlanır. Beşamel sousu ilə süfrəyə verilir.
Mülahizə:
6. Gnocchis à la parisienne
İtalyan pasta yeməyinin Paris variantıdır. Şu xəmirindən hazırlanır. Beşamel sousu ilə süfrəyə verilir.
![]() |
Gnocchi |
1. Üç cür bişirmə: a) sobada bişirmək, b) suda qaynatmaq, c) yağda qızartmaq
2. Dad qatmaq üçün: a) şu xəmirinə kartof və ya başqa əzilmiş və doğranmış ərzaqlar qoşmaq, b) şu xəmirinin içinə müxtəlif ərzaqlar qoyub bişirmək. c) şu xəmiri sobada bişdikdən sonra içinə müxtəlif ərzaqlar qoyub yemək.
3. İstifadəsi: a) kanape kimi, b) qarnir kimi, c) əsas yemək kimi, d) qəlyanaltı kimi.
0 comments:
Post a Comment