Yeyilən molyusklar üzrə bələdçi yazı

Bölmələr: // Şərh yaz
“Sir, çox maraqlıdır ki,” Sam dedi, “yoxsulluq və oysterlər sanki həmişə qoşa gedir.”

Charles Dickens, 1836, The Posthumous Papers of the Pickwick Club


Bu epiqraf aldadıcı görünə bilər. Çünki, bir zamanlar bu əsərin müəllifinin vətəni olan Böyük Britaniyada oysterlər kasıbların yeməyi idi. Bol olduqlarından ətə imkanı çatmayanlar oysterlərdən istifadə edirdilər. Bugün isə onlar "gourmet yemək" və ya delikates hesab olunur.

Foto: Cooking etc. , flickr.com
Dənizin kənarında yaşasaq da bir xalq olaraq dəniz yeməyinə o qədər yaxın deyilik. Söhbət yalnız balıq yeməklərindən getmir. Söhbət başqa dəniz nemətlərindən, misal üçün molyusklardan gedir. Molyuskların şirin suda və quruda yaşayan növləri yeyilsə də onları məhz dəniz yeməyi kimi qəbul edirəm. Çox vaxt bir-biri ilə qarışdırdığımdan daha yaxşı öyrənmək istədim.

Əvvəlcə onu deyim ki, molyusk sözü latınca mollis - yumşaq sözündən gəlir. Molyusklar bir taylı, yəni bir balıqqulağılı, ikitaylı, yəni iki balıqqulağılı və ümumiyyətlə balıqqulağısız olur. Onlar çox müxtəlifdir. Ona görə də hazırladığım siyahı nəinki tam deyil, hətta çox kiçik siyahıdır. Özündə yeyilməsi populyar olduğunu düşündüyüm molyuskları birləşdirir.

Onların adlarını Azərbaycan dilinə tərcümə etməyə çətinlik çəkdim və bu sözləri Azərbaycan dilində istifadə etməyəcəyimi düşünüb ingiliscə yazmaq qərarına gəldim. Daha sonra mümkün olar yerlərdə azərbaycanca (və daha yaxşı başa düşülməsi üçün rusca) adlarını əlavə etdim. 

Oyster - stridiya (rusca устрица)- molyusklar içində ən populyarıdır. Lap qədimlərdən yeyilir. Bəziləri bişirilir, digərləri çiy yeyilir. Bir sıra oysterlər mirvarisinə görə yığılır. 




Clam - ingiliscə bir çox yeyilən ikitaylı molyusklara verilmiş "danışıq" adıdır. Azərbaycanca tərcüməsi - alternativi yoxdur. Daha çox Şimali Amerikada istifadə olunur. Bu sözlə müxtəlif molyusklar nəzərdə tutula bilər. Yeyilən clamlar adətən oval və ya üçbucaq formasında olur. 




Mussel - midiya (rusca мидия) - ingiliscə daha çox "danışıq" adıdır və adətən Mytilidae ailəsindən olan yeməli molyusklar üçün istifadə olunur. Bu molyuskların balıqqulağıları çox vaxt uzunsov və nisbətən assimetrik olur. 




Scallop - bu da ingiliscə "danışıq" adıdır. Adətən Pectinidae ailəsinə aid olan bir çox molyusklara deyilir. Gözəl yelpiyəbənzər balıqqulağıları olur. Yemək kimi yüksək dəyərləndirilir. 


Foto: Ben Sutherland, flickr.com
Abalone (rusca морское ушко) - "danışıq" adıdır.  Haliotidae ailəsinə məxsus molyusklara deyilir. Bəzən qulaq balıqqulağı və ya dəniz qulağı ifadəsindən də istifadə olunur. Balıqqulağıları çox vaxt oval formada olur. Rəngarəng ola bildikərindən müxtəlif zərgərlik işlərində istifadə olunur. 




Winkle, whelk və conch- winkle ingiliscə adətən yeyilən dəniz, şirinsu və bəzi quru ilbizlərinə verilən danışıq adıdır, whelk and conch isə yalnız yeyilən dəniz ilbizlərinə verilən danışıq adıdır. 


Conch balıqqulağıları
Cockle - Cardiidae ailəsinə məxsus kiçik yeyilən molyuska deyilir. Dünyanın bir çox dənizlərində var. Xəzərdə də çox güman ki, var və yaxud da olub (onun balıqqulağılarından Xəzərin sahillərində çoxdur). İki simmetrik balıqqulağı tamamilə bağlana bilir. Çox vaxt qaynadılır və yeyilir. Çiy də yeyilə bilər. 




Escargot - quru ilbizlərindən hazırlanmış yeməyə deyilir. Bişirilir  və süfrəyə aperitiv kimi verilir. Escargot sözü belə yeyilən quru ilbizləri üçün də istifadə olunur. 




Octopus - osminoq (осьминог) - yuxarıdakılara çox az bənzəsələr də bu və növbəti iki yeyilən dəniz canlıları da molyusklardır. İki gözü və səkkiz ayağı olur. Yüksək problemçözmə bacarıqları olur.
  



Squid - kalmar (кальмар) - başları və ikisi uzun olmaqla səkkiz ayaqları olur. İngilisdilli ölkələrdə kalmar yeməyi demək üçün italyan sözü calamari-dən də istifadə olunur. 

Foto: Toshiyuki IMAI, flikr.com 
Cuttlefish - mürəkkəbbalığı (каракатица) - bunların da səkkiz ayağı olur. Hücumlardan qorunmaq üçün mürəkkəb kisəsindən mürəkkəb buraxır. Bəzi mətbəxlərdə mürəkkəbbalığınıın özü ilə birlikdə mürəkkəbi də yemək hazırlanmasında istifadə olunur. 

Foto: Better Than Bacon, flickr.com

0 comments:

Post a Comment