Vol-au-vent nədir?

Bölmələr: // 3 comments
Krablı və kürülü mini volovanlar
Vol-au-vent (volovan oxunur) fransızca "küləklə sovrulan" deməkdir. Silindrə bənzəyən çox yüngül fransız biş-düşüdür. Elə adı da xəmirin və volovanın yüngüllüyündən xəbər verir. Çox-qat xəmirdən (pâte feuilletée) hazırlanır.

Volovan Fransada süfrəyə adətən iştahaçan və ya qəlyanaltı kimi verilir. Keçmişdə diametri haradasa 15-20 santimetr olaraq hazırlanardı. Müasir dövrdə isə kanape və ya ayaqüstü qəlyanaltı kimi daha kiçik formaları hazırlanır.

Hazırlanması sadədir. Yayılmış çox-qat xəmirdən iki dairə kəsilir. Onlardan birində yumru deşik kəsilir. Deşiyi olan dairə digər dairənin üzərinə bərkidilir və sobada bişirilir. İki qatı bir-birinə birləşdirmək üçün çalınmış yumurta ağından istifadə edilir.

Volovan sobada bişdikcə qalxır və sonda bir kiçik quyuya bənzəyir. Bundan sonra əsas içlə doldurulur. Əsasın nəmlənməməsi üçün iç adətən son anda doldurulur. Bunun üçün xoşməzə inredientlərdən, misal üçün ət, balıq, kürü, göbələk və eskargodan və birləşdirici və dadverici qatdan, məsələn beşamel sousu, çalınmış qaymaq və sairədən istifadə olunur.

Məncə evə qonaq gələrkən və ya hər hansı bir yığıncaq üçün gözəl qəlyanaltı və ya iştahaçıcıdır. İçi ilə də bir az kreativlik göstərmək və azərbaycanlaşdırmaq, misal üçün ətli və souslu volovana nar dənələri əlavə etmək olar. 

3 comments: Leave Your Comments

  1. 15-20 sm elə az qala Pizza ölçüsüdür. Balacası yaxşıdır. Sadəcə içlikləri ürəyə yatmır.

    ReplyDelete
  2. Where is the casino near you from? - Oklahoma Casino Guide
    Casino NamePhoneBonus1: 사카미치 마루 589,000.000PhoneCallBonus1: 벳익스플로어 589,000.000PhoneEntertainmentBonus2: 챗 룰렛 589,000.000PhoneEntertainmentBonusView 53 승인 전화 없는 토토 사이트 more rows 일본야구 분석 사이트

    ReplyDelete