İtalyansayağı və ya müasir kofe mədəniyyəti

Bölmələr: // Şərh yaz
Heç kofe növlərinin adlarının nə dilində olması ilə maraqlanmısınız? Maraqlanmısınızsa onda bilirsiniz ki, bu adlar italyan mənşəlidir. İtalyan espresso mədəniyyəti dünyaya keçən əsrin 80-ci illərində yayılıb. Kofe adları bir çox kofe evlərinin və kofe evləri şəbəkələrinin istifadəsi ilə məşhurlaşıb. Bəzi kofe növləri isə İtaliyada tanınmayacaq qədər dəyişib. Hal-hazırda kofe evlərinin çoxunda eyni adlı kofe içkilərinə rast gəlmək olar. Bu post da o adları və növləri daha yaxşı başa düşmək üçündür.

Əvvəla onu deyim ki, kofe evlərindəki kofe içkiləri həm kofe, həm də espresso əsasında hazırlanır. Espresso az miqdarda qaynar suyun təzyiqlə yaxşı üyüdülmüş kofe lobyalarından keçirilməsi ilə və espresso maşını ilə hazırlanır. Belə kofe adətən başqa yolla (misal üçün filter) hazırlanmış kofelərdən daha qatı, bir növ şərbətəbənzər olur. Espressoda kafeinin miqdarı başqa kofelərdən daha çoxdur.

Kofe içilməsinə görə
İsti
Soyuq
Espresso
Dəmlənmiş və ya qaynadılmış
Qarışıq
Spirt əlavə olunmuş

Soyuq kofe
Südsüz
Südlü

Tünd kofe
Café au lait
Türk qəhvəsi

Red eye (qırmızı göz)
Black eye (qara göz)

İrland kofesi
Café royal

Espresso
Ristretto
Amerikano

Caffee Macchiato
Latte Macchiato
Espresso con Panna
Caffee Latte
Cappuccino
Mocha


Espresso əsasında kofeləri hazırlamaq üçün ingiliscə "single shot", "double shot" və ya "triple shot" espresso ifadələrindən istifadə olunur. Bir, yəni "single shot" espresso 30 ml-dir. "Double və triple shot" isə uyğun olaraq 60 ml və 90 ml olacaq. Aşağıda miqdar "shot" əvəzinə millilitrlərlə göstərilib. Göstərilən miqdar müxtəlif kofe evlərində fərqlənə bilər. Ona görə də bəzən önəmli olan nisbətdir.

1. Ristretto - üyüdülmüş kofe lobyalarının çəkisi hazırlanmış kofenin çəkisinə bərabər olur. Nəticədə konsentrə olumuş və ya qısa "shot" (haradasa 22 ml) alınır.

2. Americano - Amerikano = 30 ml espresso + 60 ml su

3. Espresso Macchiato - Espresso Makiato = 60 ml espresso + 2 ml süd köpüyü. Kafe Makiato italyanca "ləkələnmiş" kofe (südlə) deməkdir. Espresso Macchiato Freddo (soyuq) və Espresso Macchiato Caldo (isti) növləri var.

4. Latte Macchiato - Latte Makiato = 60 ml buxarlı süd + 15 ml espresso. Kafe Makiatonun əksidir və "ləkəli süd" deməkdir. Adətən uzun şüşə stəkanda verilir.

Üstü kofe lobyaları ilə bəzədilmiş latte makiato
5. Espresso con Panna - Espresso kon Panna = 30 ml və ya 60 ml espresso + çalınmış qaymaq. İtalyanca "qaymaqlı espresso" deməkdir. (Amerika, Böyük Britaniya və Fransada  buna Vyana kofesi deyirlər).

6. Caffe Latte - Kafe Latte = 1/3 espresso + 2/3 buxarlı (buxarla qızdırılmış) süd + 2 ml süd köpüyü. İtalyanca "süd kofe" deməkdir. Adətən uzun şüşə stəkanda verilir.

7. Cappuccino - Kapuçino = 1/3 espresso + 1/3 buxarlı süd + 1/3 süd köpüyü. Adətən farfor qabda verilir. Cappuccio italyanca kapyuşon deməkdir, "ino" isə onun kiçiltmə formasıdır.

Latte incəsənətli kapuçino
8. Caffe Mocha - Kafe Moka = 1/3 espresso + 1/3 şokolad + 1/3 buxarlı süd. Adının Yəməndəki Moka portu ilə əlaqəli olduğu deyilir. 

9. Café au lait - Latte kimidir, amma espresso əvəzinə dəmlənmiş kofe istifadə olunur.


11. Red eye - 30 ml espresso 1 fincan kofeyə əlavə edilir.

12. Black eye - 60 ml espresso 1 fincan kofeyə əlavə edilir. 

Kofenin müxtəlif növlərinə alkoholun müxtəlif növləri əlavə olunur. Ona görə də spirt əlavə olunan kofelərin xeyli variasiyası və fərqli adları var. Misal üçün italyan mənşəli Caffe Corretto bir qədər grappa və ya sambuka ilə 30 ml espressonun qarışığıdır. İrland kofesi kofeyə irland viskisi əlavə etməklə hazırlanır.

Fikrimcə kofeni spirtsiz və isti içmək daha ləzzətlidir. Üstəlik kofenin ətrini spirtli içkinin ətri ilə qarışdırmaq həmin effekti vermir. Ətirsiz kofe mənim üçün o qədər də cəzbedici deyil. Düşünürəm ki, kofe ətri duyularaq, sevə-sevə, ağciyərlərin dərinliklərinə çatacaqmış kimi içilməlidir.

Bir də bir çox kofe evlərində kofe verildikdə üzərində "latte art" (latte incəsənəti), yəni bəzək görmək olar. Bu incəsənət növünün İtaliyada yarandığı düşünülür. Buxarlı südü espressoya incəliklə və naxışla əlavə etməklə alınır. Adından da göründüyü kimi latte incəsənəti latte ilə başlayıb. Amma bir çox başqa espresso içkilərində də, misal üçün yuxarıdakı şəkildə kapuçinonun üzərində, hazırlana bilir.


0 comments:

Post a Comment