Şu xəmiri fikrimcə fransızların bəşəriyyətə verdiyi ən gözəl hədiyyələrdən biridir. Hərfi mənası kələm xəmiri deməkdir. Şu bulkaları kələmə bənzədiyi üçün bu ad verilib. 16-cı əsrdə kəşf olunmasına baxmayaraq indi bildiyimiz formaya 19-cu əsrin birinci yarısında Antuan Karem (Antoine Carême) tərəfindən salınıb. Rusca buna "zavarnoe testo" deyirlər.
Bu xəmirin əsasını dörd inqredient təşkil edir: yağ, un, yumurta və su. İnternetdə dolaşan müxtəlif reseptlər var. Reseptlərdə bu dörd inqredientin miqdarı dəyişir və bəzən su süd ilə əvəz olunur. Fərqliliyə baxmayaraq bütün xəmirlər eyni konsistensiyaya gətirilir və sonra bişirilir. İstifadə etdiyim resepti ən optimal variant sayıram və burada paylaşıram.
deliciousmagazine.co.uk |
Lazım olacaqlar:
125 ml su
125 ml süd (südü su ilə əvəz etmək olar)
100 qram kərə yağı
150 qram un
3 ədəd yumurta
1/4 çay qaşığı duz
1çay qaşığı şəkər tozu
1. Suyu, südü və yağı orta həcmli qazanda qarışdırın və aşağı alovun üzərinə qoyun.
2. Yağ əridikcə qarışdırın və duzu və şəkəri atın.
3. Bütün yağ əridikdə unu maye qarışığın üzərinə tökün.
4. Yaxşıca qarışdırın. Xəmir alınanadək davam edin. Xəmir alındıqda odun üzərindən götürün.
5. Xəmiri mikserlə qarışdırmaq üçün uyğun bir qaba qoyun.
6. Üzərinə 1 yumurta vurub mikserlə 30 saniyə qarışdırın.
7. Növbəti yumurtaları bir-bir arası 30 saniyə olmaqla vurun və mikserlə qarışdırın.
8. Alınmış xəmiri şirniyyat torbasına, yaxud sellofan qaba qoyub perqament kağızının üzərinə nə hazırlamanızdan asılı olaraq lazımi həcmdə sıxın.
9. 200 dərəcə selsidə 18-20 dəqiqə bişirin. Bu vaxt sobanızdan asılı olaraq dəyişə bilər. Ona görə də gözünüz sobada olsun. Hazırladıqlarınız tünd qızılı rəng alana qədər bişirin.
10. Bişirdikləriniz soyuduqdan sonra içini istədiyiniz kremlə və ya sendviç içi ilə doldurun. Kremlə doldursanız çöp ilə şirniyyat torbasının ucu qədər oyuq açın. Sonra o oyuqdan kremi doldurun.
10. Bişirdikləriniz soyuduqdan sonra içini istədiyiniz kremlə və ya sendviç içi ilə doldurun. Kremlə doldursanız çöp ilə şirniyyat torbasının ucu qədər oyuq açın. Sonra o oyuqdan kremi doldurun.
0 comments:
Post a Comment