Canelé nədir?

Bölmələr: // Şərh yaz

Canelé (kanle) beş santimetr hündürlüyü olan kiçik keksdir. Yuxarı hissəsi batıqdır, ətrafları isə qarmona bənzəyir. Canelé-yə rom və vanilla dadı verilir. Üst qabığı karamelləşdirilir.

Canelé büküşləri olan və silindirə bənzər qəlibdə bişirilir. Xəmir süd, yağ, yumurta, şəkər, duz və undan hazırlanır. Hazırlanmış xəmir yağlanmış qəliblərə qoyulur və bişirilir. Karamelləşdirilmiş üst qabıq bərk olsa da şirniyyatın içi yumşaq olur.

Canelé. Mənbə: Alpha
Tarixən Fransanın Bordeaux rayonundan gəlsə də ölkənin bir çox şirniyyat evlərində satılan şirniyyatlardandır. Bütün dünyada tanınır. Orta əsrlərdə hazırlanmağa başlanıb. Keçən əsrin 80-ci illərində populyarlaşıb. Fransanın bəzi yerlərində canelé tarixi olaraq iki "n" hərfi ilə yazılır.

Ölçüsündən asılı olaraq səhər yeməyi, qəlyanaltı və desert kimi yeyilir/yeyilə bilər. Bir çox içki ilə (nə vaxt yeyilməsindən asılı olaraq), misal üçün şampan və ya qırmızı çaxır ilə, yeyilə bilər. Ənənəvi olaraq canelé komplekt (6, 8, 10 ədəd) satılır.


0 comments:

Post a Comment