Uşaqlıqda mənim üçün xəmirin bir növü vardı. Xəmirin nə qədər başqa formasının olduğu haqqında heç düşünməzdim də. Çünki, bütün xəmirlər, şəkərbura, paxlava, xingal, düşbərə bir-birinə oxşar şəkildə hazırlanardı. İndi isə xəmirin çoxlu növləri haqqında öyrənmişəm. Bu dəfə də öyrəndiyim xəmirlər fransızların irsidir. Bəzilərinin ingiliscə adı var, bəzilərinin isə yoxdur və fransızca adlardan istifadə olunur. Azərbaycanca adlarının olub olmadığını bilməsəm də daha aydın başa düşülmək üçün həm fransız, həm ingilis, həm də azərbaycanca tərcümələrini yazacam.
Fransızca
|
Fransızca hərfi mənası
|
İngiliscə
|
Azərbaycanca
|
|
1
|
Pâte friable
|
Ovulan xəmir
|
Shortcrust pastry
|
Ovulan xəmir
|
Pâte à foncer
Pâte brisée
Pâte sucrée
Pâte sablée |
Qaralan xəmir
Qırılan xəmir
Şirin xəmir
Qumlu xəmir
|
Shortcrust pastry
Shortcrust pastry
Sweetcrust pastry
Shortcrust pastry
|
Qaralan xəmir
Sınan xəmir Şirin xəmir Toz xəmir |
|
2
|
Pâte feuilletée
|
Yarpaqlanan xəmir
|
Puff pastry
|
Çox-qat xəmir
|
3
|
Pâte cuite
|
Bişirilmiş xəmir
|
Cooked pastry
|
Bişmə xəmir
|
4
|
Pâte levée və ya pâte pétrie
|
Qalxan və ya yoğrulan xəmir
|
Leavened və ya kneaded dough
|
Qalxan və ya yoğrulan xəmir
|
Pâte à brioche
Pâte à pain
Pâte à savarin
|
Brioş xəmiri
Çörək xəmiri
Savaren xəmiri
|
Brioche dough
Bread dough
Savarin dough
|
Brioş xəmiri
Çörək xəmiri
Savaren xəmiri
|
|
5
|
Pâtes levées feuilletées
|
Qalxan yarpaqlanan xəmir
|
Layered leavened dough
|
Qalxan çox-qat xəmir
|
Pâte tourée
Pâte danoise
|
Tur verilmiş xəmir
Danimarka xəmiri
|
Folded dough
Danish pastry
|
Qatlanmış xəmir
Danimarka xəmiri
|
|
6
|
Pâte battue
|
Vurulmuş xəmir
|
Batter
|
Çalınmış xəmir
|
1. Pâte friable - tart, kiş və piroqların fundamentində istifadə olunur. Özəlliyi ondadır ki, bişən zaman qalxmır. Un və yağı qarışdırmaqla alınır.
Pâte à foncer - Un, yağ və yumurtadan hazırlanır.
Pâte brisée - Pâte à foncer kimi hazırlanır. Fərqi yağının çox olmasında və daha yumşaq və incə olmasındadır.
Pâte sucrée - Un, yağ və şəkərdən hazırlanır.
Pâte sablée - Pâte sucrée ilə eyni inqredientlərdən hazırlanır. Fərqi yağın soyuq şəkildə əlavə edilərək və ovularaq hazırlanmasındadır.
2. Pâte feuilletée - Bichon au citron, uşaqlıqda yediyimiz "pirojnie trubochki" bu xəmirlə hazırlanır. Özəlliyi ondadır ki, mexaniki yolla qalxır. Qatlardakı su bişirmə zamanı buxarlanaraq qatları və xəmiri qaldırır.
3. Pâte cuite - Şu xəmiri bu yolla hazırlanır. Şu xəmirindən müxtəlif cür yemək və şirniyyatlar bişirilir.
4. Pâte levée və ya pâte pétrie - altında yazıldığı kimi brioş, çörək və s. xəmirləi belə xəmirlərə aiddir. Bu xəmir qabardıcılarla qaldırılır.
5. Pâtes levées feuilletées - Pâte feuilletée kimi hazırlanır, lakin maya da qatılır. Kruassanlar və danimarka qoğalı bu xəmirlə hazırlanır.
6. Pâte battue - Bir çox şirniyyatlar, misal üçün madlenlər belə xəmirdən hazırlanır.
0 comments:
Post a Comment